Bakıda tur şirkətinin rəhbəri dələduzluq üstündə tutulub. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
"Avion Travel" MMC-nin direktoru Lalə Rəcəbova Bakı şəhərində 202 nəfərə ümumilikdə 498.175 AZN zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.
L.Rəcəbova vətəndaşlara viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib və heç bir iş görmədən aldığı pulları mənimsəyib.
Onun əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.