Paytaxt universitetinin tələbəsi intihar edib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Qədimov özünü asıb. Tələbə yoldaşlarının sözlərinə görə, Raqib universitetdə 8 fənn üzrə qayıb limitinə düşüb.
Hazırda faktla bağlı araşdırmalar aparılır. Mərhum Qobustan rayonunun Sündü kənd sakini idi.