Bakıda süd məhsulları istehsal edən müəssisədə bədbəxt hadisə baş verib. Bu haqda 3 oktyabr tarixində Lent.az məlumat verib.
Binəqədi rayonunda yerləşən “İvanovka” süd məhsulları müəssisəsində işləyən Bakı şəhər sakini 40 yaşlı Roza Məmmədovanın sol əli mikser aparatında qalıb. Nəticədə çoxlu qan itirən qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.