Saxta əsginasla ödəniş etmək istəyən Bakı sakini Xırdalanda saxlanılıb. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yanvarın 18-də baş verib. Mağazada alış-veriş edən R.Əbdülov 20 manatlıq saxta əsginas təqdim edib. O, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.