Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Azsamand” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən “Chevrolet” markalı maşına, sonuncu isə “BMW” markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə avtomobillərə ziyan dəyib, yolda sıxlıq yaranıb.
Hadisə yerində polis əməkdaşları cəlb olunublar. Araşdırmalar davam edir.
[caption id="attachment_74451" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]