Paytaxtın Xətai rayonunda ata və oğul avtoqəzaya düşüb. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az “Report”a istinadən xəbər verir.
Ağ şəhər yaxınlığında 38 yaşlı Elgün Kərimovun sürücüsü olduğu avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə E.Kərimov və oğlu 8 yaşlı Altay Kərimli kəllə-beyin travması alıblar.
Araşdırmalar davam edir.