Paytaxtın Xətai rayonunda tanışını döyərək öldürən şəxsin məhkəməsi başlayıb. Bu haqda bu gün, 3 yanvar tarixində Report məlumat yayıb.
31 yaşlı Həsən Çəndərlinin cinayət işi başa çataraq, toplanmış sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
O, 15 sentyabr 2021-ci il tarixində 28 yaşlı gənci döyərək öldürmüşdür.