Paytaxtın Xətai rayonu, Nobel prospektində avtoqəza ölümlə nəticələnib. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini A.Kərimov “Mercedes” markalı avtomobillə yolu keçən Zinayida İbrahimovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Araşdırmalar davam edir.