Paytaxtın Xətai rayonu 8 noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 13 dekabr tarixində APA məlumat yayıb.
Asif Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil qırmızı işıqdan keçən “Toyota” markalı nəqliyyat vasitəsilə toqquşub. Nəticədə sonuncusu işıq dirəyinə çırpılıb.
Qəzada hər iki sürücü, eləcə də sərnişinlər - 20 yaşlı Rəsul Mehdiyev və 27 yaşlı Məhəmməd Hüseynov xəstəxanaya yerləşdiriliblər. R.Mehdiyevin vəziyyəti ağır qiymətləndirilir.