Bakıda oğrular saxlanılıblar. Bu haqda 26 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda Bakı şəhər sakini A.Məmmədovanın boynundan qızıl boyunbağısı soyğunçuluq yolu ilə talanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Gülməmmədov və Lənkəran rayon sakini N.Heydərov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.