Xətai rayonunda piyada keçidində zəncirvari qəza baş verib. Bu haqda 27 sentyabr tarixində Avtosfer.az məlumat verib.
Gəncə prospektində "Chevrolet" markalı avtomobilin sürücüsü piyada keçidində manevr qaydalarını pozaraq “Hyundai” avtomobilini ötmək istəyib. Bu zaman arxadan gələn "Mercedes" markalı avtomobilin sürücüsü sürət həddini düzgün müəyyən etməyərək "Chevrolet"ə çarpılıb. Nəticədə "Chevrolet" ötmək istədiyi avtomobilə dəyib, sonuncu isə digər “Hyundai” markalı maşınla toqquşub.
Qəza nəticəsində 4 nəqliyyat vasitəsinə ziyan dəyib.