Paytaxtın Xətai rayonunda qətl hadisəsi baş verib. Bu haqda bu gün, 20 dekabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
19 dekabr tarixində 74 yaşlı Vaqif Hüseynov aralarında yaranmış mübahisə zamanı 51 yaşlı Ceyhun Rzayev tərəfindən kəsici-deşici alətlə döş qəfəsindən xəsarət alıb. Zərərçəkən hadisə yerində dünyasını dəyişib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma davam edir.