Ötən gün bayram tonqalında 1 nəfər xəsarət alıb. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az “Qafqazinfo”ya istinadən xəbər verir.
Paytaxt ərazisində Od çərşənbəsi ilə əlaqədar qalanan tonqala 1 uşağın yıxılması ilə bağlı Təcili Tibbi Yardıma məlumat daxil olub.
Xətai rayonu, Gəncə prospekti, 63M ünvanında 8 yaşlı oğlan uşağı tonqala yıxılaraq bud sümüyünü sındırıb və yanıq xəsarətləri alıb.
Hazırda onun müalicəsi davam edir.