Paytaxtın Xətai rayonunda nəqliyyat vasitəsi aşıb. Bu haqda bu gün, 24 noyabr tarixində Report məlumat yayıb.
“Hyundai” markalı avtomobil hərəkətdə olarkən, sürücü idarəetməni itirib. Aşan nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.