Bakıda avtomobil qaçıran şəxs saxlanılıb. Bu haqda 3 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda Bakı şəhər sakini C.Məmmədbəyova məxsus “VAZ-2107” markalı avtomobil M.Hadi küçəsindən qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Buzovna qəsəbəsi ərazisində tapılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zəki İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.