Bakıda gənc oğlan bıçaqlanıb. Bu haqda 17 oktyabr tarixində Report
məlumat verib.
Xətai rayonunda 26 yaşlı Məhəmməd Məmmədov mübahisə zəminində bıçaqlanıb. O, qarın boşluğunun və döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.