Paytaxtın Xətai rayonunda bir-birinə bitişik 12 ədəd obyektdə yanğın baş verib. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 1500 kv.m olan birmərtəbəli satış mağazaları və kafe 500 kv.m sahədə yanıb. Alov yaxınlıqda yerləşən yaşayış binasına keçib və oradakı mağazaya, eləcə də, 2 mənzilə və tikilinin 27 kv.m sahədə üzlüyünə ziyan vurub. Nəticədə 5 ədəd kompyuter, 5 ədəd kondioner və 6 ədəd plastik pəncərə çərçivəsi kül olub.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.