Paytaxtın Xətai rayonunda bir nəfər eyvandan yıxılıb. Bu haqda bu gün, 8 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
O, beşmərtəbəli binanın sonuncu mərtəbəsindən yıxılaraq birinci mərtəbədə olan köməkçi tikilinin damına düşüb.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Xəsarət alan xəstəxanaya çatdırılıb.