Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə noyabrın 9-da saat 17:00 radələrində baş verib. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini, 37 yaşlı Ruslan Əsədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.