Xətai rayonunda Bərdə sakini bıçaqlanaraq ağır vəziyyətə düşüb. Bu haqda 4 oktyabr tarixində APA məlumat verib.
Babək prospektində 61 yaşlı Abbas Əliyev tanışı tərəfindən küçədə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.