Bakıda gənci bıçaqlayan şəxsə hökm oxunub. Bu haqda 18 aprel tarixində Report məlumat verib.
Xətai rayonunda 27 yaşlı Fərman Əsədov yaşadığı evin yaxınlığında əlbəyaxa dava edən iki nəfəri münaqişə etməməyə çağırıb. Lakin tərəflərdən biri Cəsarət Aslanlı onu bıçaqlayıb.
Faktla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa zərər vurma” maddəsi ilə Aslanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.