Xətai rayonu, M.Hadi küçəsində yerləşən aptekdə iki nəfər bıçaqlanıb. Bu haqda bu gün, 13 noyabr tarixində Qafqazinfo məlumat verib.
Bakı şəhər sakini 41 yaşlı Azər Səmədov qarnından, Yardımlı rayon sakini, 22 yaşlı Natiq Abbasov isə ayaq və kürəyindən 44 yaşlı Bakı sakini Mehdixan Cəfərov tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Əməli törədən şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.