17 noyabr tarixində Bakıda qadın dəm qazından boğularaq ölüb.
Oxu.az-a istinadən Xətai rayonu, N.Şükürov küçəsi ünvanında yaşayan 47 yaşlı Səma Mustafayeva hamamda olarkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə, 16 noyabr tarixində Xətai rayonunda dəm qazından 37 yaşlı qadın dünyasını dəyişmişdir.