Paytaxtın Xətai rayonu, 8 noyabr prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
26 yaşlı Firuz Hacıyev icarəyə götürdüyü “Kia” markalı avtomobil ilə yüksək sürətdə hərəkət edən zaman idarəetməni itirərək yol qırağındakı divara çırpılıb. Nəticədə nəqliyyat vasitəsi yanmağa başlayıb.
Bir nəfər sərnişin hadisə yerində dünyasını dəyişib. Sürücü isə FHN-nin əməkdaşları tərəfindən xilas olunaraq xəstəxanaya yerləşdirilib. Yaralıya açıq kəllə beyin əzilməsi və göz almasının qopması diaqnozları qoyulub.
Araşdırmalar davam edir.