Xətai rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda 26 sentyabr tarixində APA məlumat verib.
8 Noyabr prospektində 26 yaşlı Anar Bayramlının idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən Saatlı rayon sakini, 45 yaşlı Rəzmiyyə Əhmədovanı vurub. Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırılarkən yolda ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb. Hal-hazırda istintaq işləri aparılır.