Bakıda moped oğurlayan keçmiş məhkum saxlanılıb. Bu haqda 11 dekabr tarixində AZƏRTAC məlumat verib.
Xətai rayonunda B.Məsiməliyevə məxsus moped oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abbasov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.