Paytaxtın Xətai rayonu, Ukrayna dairəsində motosiklet qəza törədib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
32 yaşlı Əhəd Məcidov idarə etdiyi ikitəkərli ilə yol kənarındakı maneəyə çırpılıb.
Sürücü xəstəxanaya yerləşdirilib. Araşdırmalar davam edir.