Xətai rayonunda qadına qarşı soyğunçuluq törədən keçmiş məhkum tutulub. Bu haqda 2 dekabr tarixində AZƏRTAC xəbər verib.
Dekabrın 1-də Gəncə prospektində Bakı şəhər sakini M.İsmayılovaya zor tətbiq olunaraq ondan 300 manat pul və mobil telefon alınıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş A.Əsgərli saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.