Paytaxtın Xətai rayonunda silsilə oğurluq edən iki qardaş saxlanılıb. Bu haqda bu gün, 16 dekabr tarixində Daxili İşlər Nazriliyinin mətbuat xidməti məlumat yayıb.
Göygöl rayon sakinləri Sərvin və Şahin Dursunov qardaşları rayon ərazisindəki 4 mənzilə ümumilkdə 10.000 manata yaxın ziyan vurublar.
Bundan əlavə, Ş.Dursunovun üzərindən heroin də aşkarlanıb. Şübhəli şəxslər törətdiklər əməlləri etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə bu gün, 16 dekabr tarixində paytaxtın Binəqədi rayonunda 4 mənzildən oğurluq edən şəxs saxlanılmışdır.