Bakıda qadının 3200 manatlıq qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az bu gün, 28 sentyabr tarixində xəbər verir.
Paytaxtın Xətai rayonunda qadının boynundan 3200 manat dəyərində qızıl boyunbağını dartıb qaçaraq hadisə yerindən uzaqlaşmaqda şübhəli bilinən Nahid Heydərov saxlanılaraq istintaqa təqdim edilib.
O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını bildirib.
Faktla bağlı toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən vətəndaşlar varsa, polisə müraciət etsinlər.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/09/nahid-heyderov.mp4"][/video]