Paytaxtın Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 120 kv.m olan birmərtəbəli evin 12 kv.m səhədə tavanı tamamilə yanıb. Evdə yerləşən soyuducu və 2 p.m mebel kül olub.
Evin digər hissələrinə ziyan dəyməyib.
Bundan əvvəl, 5 noyabr tarixində paytaxtın Binəqədi rayonunda birmərtəbəli evdə yanğın baş vermişdir.