Bakıda yanğın baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 26 sentyabr tarixində xəbər verir.
Xətai rayonunda ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin tavanı 15 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.