Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranda qeydə alınıb. Ümumi sahəsi 160 kv.m olan iaşə obyektinin mətbəxində məişət avadanlığı yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Restoran yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.