Xətai rayonunda avtobus evin damına çıxıb. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Köhnə Günəşli qəsəbəsində baş verib. 46 saylı sərnişin avtobusu ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə idarəetmədən çıxan avtobus evin damına çıxıb. Yaşayış evinə ciddi ziyan dəyib, qaz xətti və ağaclar zədələnib. Qəza zamanı evdə 1 nəfər olub.
Faktla bağlı araşdırma aparılır.