Xətai rayonunda elektrik enerjisi paylayıcısından oğurluq edilib. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Y.Əliyev küçəsində baş verib. Cəlilabad rayon sakini F.Həsənov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Camalov adıçəkilən rayon ərazisində yerləşən elektrik enerjsi paylayıcı qurğudan 18 ədəd avtomat açarını oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Faktla bağlı araşdırmaya başlanılıb.