Xətai rayonunda yaşayış binası yanıb. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma rayonun 8 Noyabr prospektində baş verib. Çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin eyvanı yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.