Xətai rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində baş vermiş qəza nəticəsində 45 yaşlı Mehrac Novruzova və 35 yaşlı Aytən Novruzova xəsarət alıblar. Onlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.