Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində velosipedçini avtomobil vurub. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Avtomobil velosipedi idarə edən 21 yaşlı İsrail Behbudluya çırpılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar davam edir.