Paytaxtın Xəzər rayonunda ev və mağazadan silsilə oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini E.Yusifzadə 3 həyət, 1 ev və 1 mağazadan 4 baş qoyun, inşaat materialları, təmir-tikinti alətləri, məişət əşyaları və tütün məmulatları oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.