Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində evlərdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbə sakinləri Nihat Qafari və əvvəllər məhkum olunmuş Ümüd Kərimov 4 evdən ümumilikdə 1150 AZN-lik oğurluq ediblər.
Onlar barəsində araşdırmalar davam edir.