Paytaxtın Xəzər rayonunda yerləşən 3 saylı istintaq təcridxanasına narkotik keçirtmək istəyiblər. Bu haqda bu gün, 5 noyabr tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Bakı şəhər sakini Rahilə Quliyeva həbsdə olan oğlu Orxan Davud oğlunu ziyarətə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman köynəyin cibində gizlədilmiş 0,119 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.