Bakıda martın 16-da qaraj yanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Xəzər rayonunda ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajın 5 kv.m. sahəsi və içindəki əşyalar yanıb. Həmçinin “Mercedes” markalı minik avtomobilinin buferi yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunub. Yanğın söndürülüb.