Bakıda nasosxanada yanğın hadisəsi olub. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 5 noyabr tarixində xəbər verir.
Hadisə Xəzər rayonunda baş verib.
Ümumi sahəsi 40 kv.m olan nasosxananın dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Nasosxananın qalan hissəsi yanğından mühafizə olunub.