Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, qəsəbə əazisindəki fermadan 8500 manat dəyərində arpa və 200 ədəd dibçək oğurlanıb.
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Cavid Məmmədov və İrşad Musalı müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.