Paytaxtın Xəzər rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
A.Xudaverdiyev rayon ərazisindəki mağazaların birindən 1052 manatlıq notbuk, mobil telefon və aksesuarlar oğurlamaqda şübhəli bilinir.
Araşdırmalar davam edir.