Bakıda saxta vaksin sənədini verən tibb işçiləri saxlanılıb. Bu barədə 28 sentyabr tarixində report.az saytında dərc olunub.
Xəzər Rayon Prokurorluğun araşdırmasından sonra məlum olub ki, Binə Qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibb işçiləri vaksinasiya prossesi zamanı qanunsuz əməllərə əl atıblar. Onlar vaksinasiyaya gələn vətəndaşlara pul müqabilində vaksin vurmadan COVID-19 pasportunu əldə edilməsini təklif ediblər.
Faktla bağlı Elnur Əliyev, Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb.