Paytaxtın Xəzər rayonunda mağazada yanğın baş verib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 60 kv.m olan inşaat materiallarının satışı mağazasında başlayıb. Nəticədə 1 ədəd kondisioner və obyektin giriş qapısı yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.