Bakıda piyadanın xəsarət alması ilə nəticələnən daha bir yol qəzası qeydə alınıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.
Şüvəlanda yol kənarında dayanan 41 yaşlı İsmira Ağayevanı avtomobil vurub.
Xəstəxanaya çatdırılan yaralıya qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.