Xəzər rayonunda 2 gənc yol qəzasına düşüb. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
2 avtomobilin toqquşması nəticəsində 22 yaşlı İlkin Qocayev və 29 yaşlı İsmayıl Bağırov müxtəlif bədən xəsarətləri alıblar. Nəticədə onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.