Baknın Xəzər rayonunda bir nəfərin bank kartından 439 manatının oğurlanmasında şübhəli bilinən şəxslər tutulublar. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Kərimov və bir qadın müəyyən olunaraq saxlanılıblar.
Hadisə araşdırılır.